“Araz-Naxçıvan” – “Liqeni” oyununda qalib müəyyənləşməyib
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün qrupda sonuncu oyununu keçirib.

Təmsilçimiz Kosovanın “Liqeni” komandası ilə qarşılaşıb. Qarşılaşma 6:6 hesablı heç-heçə başa çatıb.

İsa Atayevin dubl etdiyi oyunda “Araz-Naxçıvan”ın digər qollarını Felipinyo, Maneka, Ramiz Çovdarov və David Qustavo vurublar.

Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu ikinci pillədə başa vurub. Eyni xala malik "Liqeni" isə üçüncü olub. Ukraynanın "Uraqan" komandası isə qrup lideri kimi turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.

Xəbər 299 dəfə oxundu.