Premyer Liqanın III turunun oyunlarına hakim təyinatları açıqlanıb
Premyer Liqanın III turunun oyunlarına hakim təyinatları açıqlanıb.Turun mərkəzi qarşılaşması – “İnter” – “Xəzər Lənkəran” matçı gənc hakim Əliyar Ağayevə tapşırılıb.
Turun digər maraqlı qarşılaşmasını – “Neftçi” – “Qəbələ” oyununu FİFA referisi Anar Salmanov idarə edəcək. “Sumqayıt” – “Qarabağ” matçında Elçin Məmmədov, “Simurq” – “Turan” görüşündə Orxan Məmmədov, “Kəpəz” – AZAL qarşılaşmasında Vüsal Əliyev, “Rəvan” – “Bakı” oyununda isə Rəhim Həsənov fit çalacaq.
18 avqust
“Kəpəz” – AZAL
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu, 18:00
“Neftçi” – “Qəbələ”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 18:00
“Simurq” – “Turan”
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala şəhər stadionu, 19:00
“Rəvan” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Kərim Ağayev
“Dalğa Arena”, 20:00
19 avqust
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Murad Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00
“İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“AZAL Arena”, 20:30

Xəbər 893 dəfə oxundu.