“Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün son oyunlar keçiriləcək.

Təmsilçimiz “Araz-Naxçıvan” 6-cı qrupda Kosovonun “Liqeni” komandası ilə qarşılaşacaq.

"CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu ikinci oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 5:3. Növbəti mərhələ şanslarını itirən komandamız hazırda "Ligeni" ilə birlikdə qrupda 3 xalla 2-3-cü yerləri bölüşürlər.

Xəbər 343 dəfə oxundu.