“Atletiko”nun sabiq futbolçusu Luis Araqonesin şərəfinə ucaldılan heykəlin açılışı olub
“Atletiko”nun sabiq futbolçusu və baş məşqçisi Luis Araqonesin şərəfinə ucaldılan heykəlin açılışı olub.

Heykəl komandanın stadionu olan “Vanda Metropolitano”da ucaldılıb.

Abidənin hazırlanması və quraşdırılması üçün vəsait Madrid klubunun azarkeşləri tərəfindən toplanıb. Açılış mərasimində “Atletiko”nun hazırkı və keçmiş heyət üzvləri, baş məşqçi Dieqo Simeone, klub prezidenti Enrike Serezo və əfsanəvi mütəxəssisin ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Luis Araqones 1964-1974-cü illərdə “Atletiko”nun heyətində 265 oyunda 172 qol vurub. O, "Avro-2008"in qalibi olan İspaniya millisinin baş məşqçisi olub. Araqones 2014-cü ildə 75 yaşında vəfat edib.

Xəbər 345 dəfə oxundu.