Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri müəyyənləşib
Ucarda 8 Noyabr - Zəfər Günü münasibətilə İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Doqquz turun nəticəsinə görə 8,5 xal toplayan Yusif Allahverdiyev yarışda birinci yeri tutub. Musa Xəlilov, Xəzər Məmmədzadə yeddi xalla ikinci və üçüncü yerlərə layiq görülüb.

İsveçrə sistemi üzrə keçirilən yarışda 50-dən çox şahmatçı iştirak edib.

Xəbər 317 dəfə oxundu.