“Yas Marina” trasının konfiqurasiyası dəyişdirilib
Birləşmiş Ərəb Əmirliklərinin “Yas Marina” trasının konfiqurasiyası dəyişdirilib.

Məhz bu dəyişiklikdən sonra yarış zamanı bolidlərin sürətinin 10-15 saniyə artacağı gözlənilir.

Layihəni həyata keçirən “Driven İnternational” şirkətinin icraçı direktorunun sözlərinə görə, simulyatorlarla təcrübə apardıqdan sonra belə bir dəyişiklik etmək qərarına gəliblər. O, DRS sistemi və bolidlərin bir-birindən fərqli olmasından asılı olmayaraq bütün yarış maşınlarının sürətinin artacağını söyləyib.

Qeyd edək ki, tras dekabrın 12-də Formula 1 üzrə dünya çempionatının sonuncu mərhələsinə ev sahibliyi edəcək.

Xəbər 308 dəfə oxundu.