“Grand Swiss-2021”: Şahmatçılarımız üçüncü turda mübarizə aparacaqlar
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin üçüncü turunun oyunları keçiriləcək.

Bu mərhələdə şahmatçılarımızdan üçü Rusiya təmsilçiləri ilə mübarizə aparacaqlar. Belə ki, Vasif Durarbəyli Daniil Dubov, Nicat Abasov Nikita Vityuqov, Aydın Süleymanlı Mixail Antipovla qarşılaşacaqlar. Rauf Məmmədov isə hindistanlı Arjun Erigaisi ilə üz-üzə gələcək.

İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 396 dəfə oxundu.