Futbol üzrə Azərbaycan çempionatının X turu “Zəfər turu” elan edilib
Peşəkar Futbol Liqası (PFL) Vətən müharibəsində şanlı Qələbənin birinci ildönümü münasibətilə futbol üzrə Azərbaycan çempionatının - Premyer Liqanın X turunun “Zəfər turu” elan olunması barədə qərar qəbul edib.

Bu barədə PFL məlumat yayıb.

Futbol üzrə Azərbaycan çempionatının X turunun oyunları noyabrın 6-7-də keçiriləcək.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək əzəli torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin ötən il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub.

Xəbər 502 dəfə oxundu.