Şahin mübarizəsində «Liverpul» öndədir
«Liverpul» Madrid «Real»ının türk futbolçusu Nuri Şahin uğrunda mübarizədə önə çıxıb və hazırda bu oyunçunu almağa əsas namizəd sayılır.
Yeni mövsümdə «Real» Şahinə oyun praktikasını təmin edə bilməyəcək. Bu səbəbdən də 23 yaşlı futbolçuya icarə əsasında keçməyə özünə klub axtarmağa icazə verilmişdi.

Nuriyə ciddi marağı «Arsenal» göstərir. «Topçular» bu futbolçunu Aleks Sonqun «Barselona»ya satışı təqdirində almaq istəyirlər. Nuri özü isə «Liverpul»a daha çox meyllidir. «The Guardian»ın yazdığına görə, bu ingilis klubunun sükançısı Brendan Rocers «Real»ın baş məşqçisi Joze Maurinyu ilə dostluq əlaqələrini işə salıb. Onlar vaxtilə «Çelsi»də birgə işləmişdilər.

İdman.com.az saytının məlumatına görə, Maurinyu Nuri Şahini Çempionlar Liqasında oynamayan kluba satmağa üstünlük verəcək. «Liverpul» da bu sarıdan tam onun işinə yarıyır.

Xəbər 862 dəfə oxundu.