Şahmat üzrə “Grand Swiss-2021”: İkinci turda Vasif Durarbəyli Aydın Süleymanlı ilə qarşılaşacaq
Bu gün Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin ikinci turunun oyunları keçiriləcək.

Bu mərhələdə təmsilçilərimiz Vasif Durarbəyli Aydın Süleymanlı ilə üz-üzə gələcək. Digər şahmatçılarımız Rauf Məmmədov rusiyalı Mixail Antipov, Nicat Abasov latviyalı Nikita Meşkovsla mübarizə aparacaqlar.

Qeyd edək ki, şahmatçılarımız birinci turda məğlub olublar.

On bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.


Xəbər 366 dəfə oxundu.