“Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçimiz “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayır.

Təmsilçimiz ilk oyunda Ukrayna çempionu “Uraqan”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Zədəli olduğuna görə İsaq Surğalı və Rizvan Fərzəliyev komandamıza kömək edə bilməyəcək. "Araz-Naxçıvan"ın itkiləri bununla yekunlaşmır. Hazırda komandanın düşərgəsində olan Xətai Bağırov da bu oyunda meydana çıxa bilməyəcək. O, ilkin mərhələnin "Raba" ilə keçirilən son görüşündə qırmızı vərəqə aldığına görə cəzalıdır.

Xəbər 332 dəfə oxundu.