“Almaniyanın “Volfsburq” klubunun yeni baş məşqçisi müəyyənləşib
Almaniyanın “Volfsburq” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komandaya Florian Kofeldt başçılıq edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otuz doqquz yaşlı çalışdırıcı ilə ikiillik müqavilə imzalanıb. Florian Kofeldt bu postda bir müddət əvvəl istefaya göndərilmiş Mark van Bommeli əvəzləyib.

Qeyd edək ki, “Volfsburq” bu mövsüm Bundesliqada 9 matçdan topladığı 13 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.


Xəbər 284 dəfə oxundu.