Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində Türkiyə iki cüdoçu ilə təmsil olunacaq
Türkiyə komandası noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün heyətini açıqlayıb.

Türkiyəni kişilər arasında yarışda iki cüdoçu təmsil edəcək. Belə ki, Vedat Albayrak 81 kiloqram, Cemal Erdoğan isə 100 kiloqramdan yuxarı çəki dərəcələrində çıxış edəcəklər.

Qeyd edək ki, Bakıdakı turnirdə indiyədək 30 ölkədən 203 cüdoçu iştirakını təsdiqləyib.

Xəbər 330 dəfə oxundu.