Super Liqa təmsilçisi Hakan Kutlu ilə anlaşıb
Türkiyənin “Kasımpaşa” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisi Hakan Kutlu ilə anlaşıb.

Mövsümə uğursuz start verən komandanın ardıcıl məğlubiyyətləri rəhbərliyin Cihat Arslanla yolları ayırmasına səbəb olub. Onun əvəzinə təyin edilən Hakan Kutlu artıq komandanı ilk məşqə də çıxarıb.

Qırx doqquz yaşlı mütəxəssis son olaraq bu il “Dənizlispor”a rəhbərlik edib.

Qeyd edək ki, “Kasımpaşa” Super Liqada 10 turdan sonra 6 xalla turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

Xəbər 280 dəfə oxundu.