“Sabah” klubu serbiyalı hücumçu ilə yollarını ayırıb
Bakının “Sabah” klubu hücumçu Petar Şkuletiçlə yollarını ayırıb.

Serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Futbolçunun şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.

Şkuletiçə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Bakı təmsilçisi Petar Şkuletiç ilə sentyabrın 14-də ikiillik müqavilə bağlanılmışdı.

Xəbər 303 dəfə oxundu.