Gənc cüdoçular arasında keçiriləcək Avropa çempionatı üçün Azərbaycan komandasının heyəti açıqlanıb
Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında noyabrın 5-də start götürəcək Avropa çempionatı üçün Azərbaycan komandası heyətini açıqlanıb.

Gənclər arasında keçiriləcək qitə çempionatında ümumilikdə 8 cüdoçumuz mübarizə aparacaq. Belə ki, kişilərin yarışında Elçin Hüseynov (66 kq), Zelim Tckayev, Məhərrəm İmamverdiyev (81 kq), İmran Yusifov (+100 kq) iştirak edəcəklər. Qadınların turnirində isə təmsilçilərimiz Aydan Vəliyeva, Ramilə Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) yarışacaqlar.

Noyabrın 7-dək davam edəcək yarışda 39 ölkədən 300-dən çox cüdoçu iştirakını təsdiqləyib.

Xəbər 317 dəfə oxundu.