“Pekin-2022”nin Olimpiya kəndi yanvarın 27-də açılacaq
Pekin Qış Olimpiya Oyunlarının Olimpiya kəndinin açılışı yanvarın 27-nə planlaşdırılır.

Bu barədə “Pekin-2022”nin təşkilat komitəsinin sədr müavini, Çin paytaxtı merinin müavini Cjan Cyandun mətbuat konfransında bildirib.

O deyib ki, dünyanın bütün ölkələrindən gələn idmançıları qarşılayacaq Olimpiya kəndinin rəsmi açılışı gələn il yanvarın 27-də baş tutacaq. Olimpiya məşəlinin estafeti isə fevralın 2-də başlayacaq.

Xatırladaq ki, Pekin Olimpiadasının məşəli oktyabrın 20-də Afinadan Çinin paytaxtına gətirilib.
Pekin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

Xəbər 307 dəfə oxundu.