Banqladeşdə keçirilən xatirə turnirində Azərbaycan şahmatçısı liderliyə yüksəlib
Banqladeşin paytaxtı Dəkkədəki xatirə turnirində Azərbaycan şahmatçısı liderliyə yüksəlib.

Səkkiz turun nəticəsinə görə, Vüqar Rəsulov 6,5 xalla hazırda birinci yeri tutur. Digər şahmatçımız Vüqar Əsədli 5,5 xalla səkkizinci pillədədir. Təmsilçilərimizdən Misrətdin İsgəndərov 5, Ülvi Sadıqov 4, Azər Mirzəyev isə 3,5 xal toplayıblar.
Yarışda 102 şahmatçı iştirak edir ki, onlardan da 33-ü qrossmeysterdir.

İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarətdir.

Xəbər 284 dəfə oxundu.