Simau «Espanyol» yolunda
«Beşikdaş» Simao ilə yollarını ayırıb. İdman.com.az saytının məlumatına görə, portuqaliyalı futbolçu La Liqa klublarından Espanyolla razılaşıb. Özünə komanda tapması istənən Simauya Pireneydən çox sayda talib çıxmışdı. Ancaq onlar sırasından futbolçuya sahib çıxan məhz «Espanyol» olub.

Bir gün öncə əldə edilən razılaşma sonrası Simau Sabrozanın transferi rəsmiləşdi. Portuqaliyalı oyunçunun 1 illik alacaqlarına qarşılıq məbləği «Beşikdaş»dan aldığı da bildirilir.

Xəbər 962 dəfə oxundu.