Azərbaycanın U-19 komandası polşalı həmyaşıdlarına məğlub olub
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 26-da qrupda sonuncu oyununu keçirib.

Millimiz İtaliyada keçirilmiş oyunda Polşa yığması ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz daha əvvəl Norveç (0:7) və İtaliyaya (0:9) məğlub olub.

Xəbər 297 dəfə oxundu.