“Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının medalları ictimaiyyətə təqdim olunub
“Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının başlamasına 100 gün qalmış oyunların medalları ictimaiyyətə təqdim olunub.

Bu münasibətlə keçirilən mərasimdə Çin Baş nazirinin müavini Han Cen, Olimpiya çempionları Yan Yan və Can Yufey “Pekin-2022” Qış Olimpiya Oyunlarının medallarını nümayiş etdiriblər. “Tonsin” (“Hamı bir nəfər kimi birlikdə”) adlanan medalların üzərində Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və “Pekin-2022”nin loqosu, digər üzündə isə Olimpiya halqalarının təsviri əks olunub.

Mərasimdə növbəti Qış Paralimpiya Oyunlarının medalları da təqdim olunub.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları fevralın 4-20-də, Paralimpiya Oyunları isə martın 4-13-də Pekində və yaxınlıqdakı Canciakou şəhərində keçiriləcək. Pekin həm Yay, həm də Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək ilk şəhər olacaq. XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə bu şəhərdə keçirilib.

Xəbər 311 dəfə oxundu.