Azərbaycan Reqbi Federasiyasının yeni klubları açılıb
Azərbaycan Reqbi Federasiyasının yeni klubları fəaliyyətə başlayıb.

Oğuz, Mingəçevir və Göygöldə açılan klublarda federasiyanın birinci vitse-prezidenti Elvar Osmanov, baş katibi Əliniyaz Mirzəyev, yığma komandanın baş məşqçisi Vaqif Sadətxanın iştirakı ilə komandaların təlim-məşqləri təşkil edilib. Qonaqlar klub üzvləri ilə görüş zamanı reqbi idman növü və onun inkişaf istiqamətləri ilə bağlı məlumat verib, klub üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıblar.

Daha sonra yeni açılmış klublara federasiya tərəfində toplar təqdim olunub.

Qeyd edək ki, ölkəmizdə reqbi komandalarının sayı artıq 11-ə (Gəncə, Sumqayıt , Qəbələ, Şəki , Qarabağ, Şəmkir, İçərişəhər, Göygöl, Oğuz, Mingəçevir, Samux) çatıb.

Xəbər 275 dəfə oxundu.