Azərbaycan Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda Afiq Süleymanov komitənin fəxri vitse-prezidenti seçilib. Eyni zamanda, məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiqlənib, həmçinin Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılıb.

Komitənin vitse-prezidenti İlham Zəkiyev nizam-intizam komissiyasının rəhbəri, baş katibi Kamal Məmmədov isə məşqçilər şurasının sədri təyin ediliblər. Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması AMPK-nin fəxri vitse-prezidenti A.Süleymanova tapşırılıb.

Xəbər 421 dəfə oxundu.