“Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” futzal komandasının heyətində dəyişiklik edilib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Yüksək Liqanın IV turu çərçivəsində keçirilmiş “Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğalının zədəsi ciddi olduğuna görə, futzalçı heyətdən kənarlaşdırılıb. Onu Tofiq Mikayılov əvəzləyəcək.

Qeyd edək ki, Rizvan Fərzəliyev də zədəli olduğuna görə komanda ilə birlikdə səfərə çıxa bilməyəcək.

Təmsilçimizin heyətində Rövşən Hüseynov, Emin Kürdov, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges və Tofiq Mikayılov çıxış edəcəklər.

Xəbər 391 dəfə oxundu.