AFC ASED-in döyüşçüsü Səbuhi Quliyev 5 illik fasilədən sonra ilk döyüşünü keçirib
AFC ASED-in (ASED Fighting Championsip) döyüşçüsü Səbuhi Quliyev 5 illik fasilədən sonra ilk döyüşünü keçirib.

Rusiyanın Soçi şəhərində "Motiv Varriors" təşkilatının keçirdiyi görüşdə təmsilçimiz rusiyalı Axmed Balkizov ilə qarşılaşıb.

Döyüş xal hesabı ilə rəqibin üstünlüyü ilə bitsə də, idmançımız yeni bir nəfəs ilə öz geri dönüşünü edib.

Məşqlərini daha da artıran S.Quliyev yanvarda növbəti döyüşünə çıxacaq. Təmsilçimiz Tbilisidə GFC liqasında titul döyüşünü keçirəcək. Rəqibi yerli idmançı Otarı Tanzilov olacaq. O.Tanzilov öz titulunu idmançımız ilə döyüşdə qorumağa çalışacaq.

Qeyd edək ki, S.Quliyev MMA üzrə dünya və dəfələrlə ölkə çempionatının qalibi olub. Təmsilçimizin peşəkar karyerasında 12 qələbə və 5 məğlubiyyəti var.

Xəbər 388 dəfə oxundu.