Gəncədə yeniyetmə reqbiçilər arasında turnir təşkil olunacaq
Oktyabrın 30-dan noyabrın 2-dək reqbi-7 üzrə Gəncə kuboku yarışı keçiriləcək.

8 Noyabr - Zəfər Gününə həsr olunacaq yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Reqbi Federasiyası, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhər stadionunda baş tutacaq.

Turnirdə 2005-2006-cı il təvəllüdlü reqbiçilər mükafatlar uğrunda mübarizə aparacaqlar.

Yarışda, ümumilikdə 11 komandanın iştirakı planlaşdırılıb.

Mükafatçılara kubok, diplom və medallar veriləcək.

Xəbər 294 dəfə oxundu.