Vüqar Həşimov Şahmat Akademiyasında Zəfər Gününə həsr olunmuş şahmat turniri keçiriləcək
Noyabrın 6-da Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş şahmat turniri start götürəcək.

Beynəlxalq reytinq xarakterli yarış Vüqar Həşimov Şahmat Akademiyasında keçiriləcək. Yarışın nəticələrinə uyğun olaraq şahmatçılar FIDE reytinqlərini artırmaqla bərabər, idman ustalığına namizəd, 1, 2, 3 və 4-cü idman dərəcələrinin normalarını da yerinə yetirmək imkanı qazanacaqlar.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 7 turdan ibarət olacaq.

Turnirə noyabrın 14-də yekun vurulacaq.

Xəbər 306 dəfə oxundu.