“Araz-Naxçıvan" iştirak ərizəsini UEFA-ya göndərib
Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan" iştirak ərizəsini UEFA-ya göndərib.

Naxçıvan klubu həlledici mərhələdə 19 oyunçunun xidmətindən istifadə edəcək. Onlardan 3-ü qapıçı, 5-i müdafiəçi, 11-i isə hücumçudur:

Heyətdə qapıçılar - Rövşən Hüseynli, Emin Kürdov, Cavad Məmmədov, müdafiəçilər - Rizvan Fərzəliyev, Amir Şojaei, Murilyo Borges, Hadi Ahmadi, Oruc Baxşəlizadə, hücumçular - Samir Həmzəyev, Namiq Məmmədkərimov, David Qustavo dos Santos, Ramiz Çovdarov, Maneka, İsa Atayev, Xətai Bağırov, Tofiq Mikayılov, Nurlan Mehdizadə, Eşhaq Şoorqali və Felipinyo yer alıblar.

“Araz-Naxçıvan” klubu “Uraqan İvano-Frankivsk” (Ukrayna), “Ligeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) klubları ilə birlikdə əsas mərhələnin 6-cı qrupunda mübarizə aparacaq. Bu qrupun oyunları Ukraynada olacaq.

Əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək

Xəbər 292 dəfə oxundu.