Xavi Qətər klubu ilə yeddinci titulunu qazanıb
Əfsanəvi futbolçu Xavi Ernandesin çalışdırdığı Qətərin “Əl-Sədd” klubu növbəti titulunu qazanıb.

Komanda Qətər Əmiri Kuboku uğrunda görüşdə “Əl-Rayyan”ı məğlub edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında daha dəqiq olan “Əl-Sədd” (5:4) oyunun qalibi olub. Bu, ispaniyalı mütəxəssisin baş məşqçi kimi 7-ci tituludur. Buna qədər “Əl-Sədd” Xavinin rəhbərliyi altında iki dəfə Qətər Vəliəhdi Kubokunu, iki dəfə Qətər çempionluğunu, bir dəfə Şeyx Yassim Kubokunu, bir dəfə də Qətər Ulduzları Kubokunu qazanıb.

2019-cu ilin mayından "Əl-Sədd"i çalışdıran Xavi ikinci dəfədir Qətər Əmiri Kuboku yarışlarının qalibi olub.

Xəbər 285 dəfə oxundu.