Qadın güləşçilərimiz dünya çempionatına Bakıda hazırlaşırlar
Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.

Mundialda iştirak edəcək qadın güləşçilərdən ibarət millimiz Bakıda məşqləri davam etdirir.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı oktyabrın 31-dək davam edəcək. Məşqlərini Olimpiya Güləş Mərkəzində keçən yığmamız noyabrın 1-də Serbiyaya yollanacaq.

Qeyd edək ki, qadın güləşçilər noyabrın 3-dən 5-dək dünya çempionatında çıxış edəcəklər.

Xəbər 326 dəfə oxundu.