“Qarabağ” klubu 5 il sonra avrokubokların qrup mərhələsinin ev oyununda qələbə qazanıb
Ağdamın “Qarabağ” klubu 5 il sonra avrokubokların qrup mərhələsinin ev oyununda qələbə qazanıb. Ağdam təmsilçisi buna UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda Bakıda Qazaxıstanın “Kayrat” komandasına qalib gəlməklə (2:1) nail olub.

Baş məşqçi Qurban Qurbanovun komandası bunu öz meydanındakı 15-ci matçında bacarıb. “Qarabağ” sonuncu dəfə doğma meydanda 2016/2017-ci il mövsümündə Avropa Liqasının qrup mərhələsində Yunanıstanın PAOK komandasını 2:0 hesabı ilə məğlub edib. Həmin oyun 2016-cı il oktyabrın 20-də baş tutub.

Xəbər 378 dəfə oxundu.