Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində geriləyib
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 2 pillə geriləyərək 1146 xalla 119-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Belçika (1832 xal) və Braziliya (1820 xal) yığmaları ilk iki pillədəki mövqeyini qoruyub. Fransa (1779) isə ötən ay İngiltərəyə təhvil verdiyi üçüncü pilləni geri alıb.

Xəbər 298 dəfə oxundu.