"Səbail"in sabiq futbolçusu Qana tarixinin rəmzi komandasında yer alıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qana futbol tarixinin rəmzi komandasını açıqlayıb.

Heyətdə Bakının "Səbail" klubunun sabiq futbolçusu Maykl Essyen də yer alıb.

Heyətə qapıçı - Robert Mensah, müdafiəçilər - Emmanuel Ofei Ansah, Samuel Kuffur, Ceyms Dadzi, Kvadvo Asamoa, yarımmüdafiəçilər - Maykl Essyen, Abedi Pele, Karim Razak, Məhəmməd Polo, İbrahim Sandi və hücumçu Toni Yeboanın adı daxil edilib.

Qeyd edək ki, M.Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək Bakı klubunun heyətində çıxış edib. Futbolçu "Səbail"dən ayrıldıqdan sonra karyerasını bitirib.

Xəbər 306 dəfə oxundu.