Şahmatçılarımız maksimum xalla liderlər qrupunda mübarizə aparırlar
Banqladeşin paytaxtı Dəkkədə xatirə turnirində Azərbaycan şahmatçıları çıxışlarını davam etdirirlər.

İki turun nəticəsinə görə, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Vüqar Rəsulov maksimum xalla (2 xal) liderlər qrupunda mübarizə aparırlar. Ülvi Sadıqov və Azər Mirzəyevin aktivində 1 xal var.

Yarışda 102 şahmatçı iştirak edir ki, onlardan da 33-ü qrosmeysterdir.

Oktyabrın 27-dək davam edəcək turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 315 dəfə oxundu.