Gürcüstan yığması növbəti yoldaşlıq oyununu keçirib
Gürcüstan yığması növbəti yoldaşlıq oyununu keçirib. Qonşu ölkə yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi Lüksemburqla qarşılaşıb.
Oyun gürcülərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Bakı”nın futbolçusu Georgi Popxadze də matçın iştirakçısı olub. Baş məşqçi Temuri Ketsbaya onu 60-cı dəqiqədə Gürcüstanın hər iki qolunun müəllifi olan Aleksandr Amisulaşvilinin yerinə meydana buraxıb.

Xəbər 853 dəfə oxundu.