Çimərlik futbolu Los-Anceles Yay Olimpiya Oyunlarının idman proqramına daxil edilə bilər
Çimərlik futbolunun 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi istiqamətində işlər davam etdirir.

Bu barədə Dünya Çimərlik Futbolu Təşkilatı rəhbəri Xoan Kusko jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, çimərlik futbolunun Olimpiya proqramına daxil edilməsində əsas maneə Oyunlarda iştirakçı sayının məhdudlaşdırılmasıdır. Belə ki, kişi və qadınlar arasında müvafiq turnirlərin keçirilməsi hazırki kvotanın əhəmiyyətli dərəcədə artırılmasını tələb edəcək.

Xəbər 305 dəfə oxundu.