Şahmatçılarımız Türkiyədə beynəlxalq turnirdə çıxış edəcəklər
Türkiyənin Mersin şəhərində V beynəlxalq şahmat turniri keçiriləcək.

Turnirin A kateqoriyasında Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Pərviz Qasımov, Urfan Sevdimalıyev, Elvin Bayramov, Toğrul Həsənzadə, Talıb Babayev, Rəşad Zeynallı, Nərmin Kazımova, Sadiq Məmmədov, Amil Abbasov, Sadiq Qarayev və Süleyman Süleymanlı iştirak edəcəklər.

Yarışda Türkiyə və Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Hindistan, Belarus kimi ölkələrdən şahmatçılar iştirak edəcəklər. Noyabrın 11-də start götürəcək turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Xəbər 291 dəfə oxundu.