“Milan” UEFA Çempionlar Liqasında antirekorda imza atıb
İtaliyanın “Milan” klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.

Komanda buna qrup mərhələsinin üçüncü turunda Portuqaliyada "Portu"ya uduzmaqla nail olub - 0:1.

Turnirin 7 qat qalibi daha əvvəl qrup mərhələsindəki ilk 3 oyunun hamısında məğlub olmamışdı.

Stefano Piolinin baş məşqçi olduğu komanda ilk turda İngiltərə "Liverpul"una 2:3, növbəti turda isə İspaniya “Atletiko”suna 1:2 hesabı ilə uduzub.

Xəbər 322 dəfə oxundu.