Abdullah Zubir: UEFA Konfrans Liqasının qrup mərhələsinə yaxşı başlamışıq
Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm. Qrup mərhələsinə yaxşı başlamışıq.

Bunu UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü mərhələsində Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun futbolçusu Abdullah Zubir oktyabrın 20-də təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu bildirib ki, doğma meydanda nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda evdə oynayırıq və yaxşı nəticəyə köklənmişik. Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyrim dəysin”.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Xəbər 381 dəfə oxundu.