Kempoçularımız dünya çempionatında 2 medal qazanıblar
Ukraynanın Xarkov şəhərində kempo və kobudo üzrə dünya çempionatı keçirilib.

Komandamız kempoçuların yarışında 2 medal qazanıb. Belə ki, Vüqar Cəfərov (70 kq) bütün rəqiblərini məğlub edərək yarışın qalibi olub. Digər təmsilçimiz - 90 kiloqram çəki dərəcəsində çıxış edən Ramin Kazımov keçirdiyi 3 görüşün hamısında qələbə qazanaraq dünya çempionu adına layiq görülüb.

Turnirdə 16 ölkədən idmançılar iştirak ediblər.

Xəbər 329 dəfə oxundu.