“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Josip Barton (Şimali Makedoniya), Joze Kristiano Kardoso Santos (Portuqaliya), Trayan Ençev (Bolqarıstan) və Dejan Veseliç (Sloveniya) oyunlarda ədaləti qoruyacaqlar.

Stefan Kammerer (Almaniya) oyunun UEFA nümayəndəsi, Patrik Villemark (Belçika) isə hakim-inspektor olacaq.

Qrupun oyunları oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək. Təmsilçimiz ilk matçda “Uraqan İvano – Frankivsk” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu sonda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qrupun oyunları Ukraynada keçiriləcək. Yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.

Xəbər 287 dəfə oxundu.