Qış Olimpiya Oyunlarının məşəli Pekinə gətirilib
“Pekin-2022” Qış Olimpiya Oyunlarının məşəli oktyabrın 20-də Afinadan Çin paytaxtına gətirilib.

Pekindəki “Olimpiya qülləsi”nin yerləşdiyi ərazidə məşəlin Çinə gətirilməsi ilə bağlı mərasim keçirilib. Bir müddət “Olimpiya qülləsi”ndə nümayiş olunduqdan sonra məşəlin Çinin müxtəlif bölgələrinə estafeti başlayacaq.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunlarının məşəli oktyabrın 19-da Afinada keçirilmiş mərasimdə “Pekin-2022”nin təşkilatçılarına təhvil verilib.

“Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-20-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək. Çinin paytaxtı Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün 2015-ci il iyulun 31-də Beynəlxalq Olimpiya Komitəsinin Kuala-Lumpurda keçirilən sessiyası çərçivəsində təşkil olunan səsvermədə qalib gəlib. Pekin həm Yay, həm də Qış Olimpiya oyunlarına evsahibliyi edəcək ilk şəhər olacaq. XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə bu şəhərdə keçirilib.

Xəbər 343 dəfə oxundu.