Binəqədidə VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
Oktyabrın 19-da Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 244 saylı tam orta məktəbdə “Marş irəli” devizi altında VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Yekun nəticələrə görə, 244 saylı birinci, 267 saylı ikinci, 100 saylı tam orta məktəbin komandaları üçüncü pillədə qərarlaşıblar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçisi Elvin Quliyev iştirak edib.

Qeyd edək ki, yarışda Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub.

Xəbər 528 dəfə oxundu.