“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırıb
UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” turnirin birinci mərhələsinin cavab oyunu çərçivəsində Niderlandın “AZ Alkmar” komandası ilə qarşılaşıb.

AZ Təlim-Məşq mərkəzində keçirilən oyun 7:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Komandalar arasında Qəbələdəki ilk qarşılaşmada Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı.

İki oyunun nəticəsinə görə, “Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Xəbər 283 dəfə oxundu.