Şahmatçımız Avropa çempionatında liderliyini davam etdirir
Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında 7-ci tura yekun vurulub.

18 yaşlı şahmatçıların yarışında Uğur İlyaslı (oğlanlar) 6,5 xalla vahid liderliyini davam etdirir. Digər şahmatçılarımızdan Mələk İsmayıl (18 yaş, qızlar), Ayan Allahverdiyeva (16 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar), Səadət Bəşirli (10 yaş, qızlar) fərqlənərək ön sıralarda yer alıblar.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

Xəbər 287 dəfə oxundu.