"Liverpul"un baş məşqçisi yeni transferlər haqqında çox vacib açıqlamalar verib
"Liverpul"un baş məşqçisi Brendan Rodqers yeni transferlər haqqında çox vacib açıqlamalar verib. Maraqlandıqları oyunçularla avqust ayının sonunda müqavilələr imzalamağı düşündüyünü deyən Rodqers bu sözləri dilə gətirib:

"Hər dəfə komandamıza faydalı olacaq oyunçularla görüşürük. Bu işlər avqust ayının sonlarına doğru yekunlaşacaq. Sonda bütün komanda bir yerə gəlib daha yaxşı uğurlara imza atacağıq".
Sonda Rodqers liqaya başlamaq üçün səbirsizləndiklərini də qeyd edib.

Xəbər 1234 dəfə oxundu.