“Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibi 28 milyon avroya satılıb
Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqibi Kipr təmsilçisi “Omoniya” milyarder Con Xristoduluya satılıb.

Bu barədə "Financial Mirror" məlumat yayıb. İngiltərədə yaşayan kiprli biznesmen “Omoniya”ya görə indiki sahib Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA-ya da məlumat verilib.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda “Omoniya”ya 4:1 hesabı ilə qalib gəlib.

Xəbər 289 dəfə oxundu.