Kevin Maqnussen Formula 1-dəki karyerası haqqında kitab yazıb
Sabiq Formula 1 pilotu Kevin Maqnussen karyerasına həsr etdiyi və tərcümeyi–halından bəhs edən kitabının noyabrda işıq üzü görəcəyini açıqlayıb.

Kevin bu kitabı jurnalist dostunun köməyi ilə yazdığını bildirib. Altı mövsüm Formula 1 üzrə dünya çempionatında “McLaren”, “Renault” və “Haas F1” kimi komandalarda çıxış edən danimarkalıya həsr edilmiş kitab “Hər şey, yaxud heç nə - Formula 1-də illərim” adlanır.

Pilot xatirələrində bildirib ki, Formula 1-də keçən illər ərzində qazandıqları ilə çox qürur duyur.

Xəbər 328 dəfə oxundu.