Pekin Qış Olimpiadasının məşəli “Panatinaikos” stadionunda Çin nümayəndələrinə təhvil veriləcək
Bu gün qədim Olimpiya Oyunlarının vətəni Yunanıstanda Pekin Qış Olimpiadasının məşəli tarixi Panatinaikos stadionunda Çin nümayəndələrinə təhvil veriləcək.

Olimpiya məşəli Afina Beynəlxalq Hava Limanından Pekinə xüsusi çarter reysi ilə aparılacaq.

Qeyd edək ki, oktyabrın 18-də Yunanıstanda Pekin Qış Olimpiadasının məşəli alovlandırılıb.

Estafet Pekin Olimpiadasının açılış günü - fevralın 4-də başa çatacaq.

Xatırladaq ki, Pekin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

Xəbər 300 dəfə oxundu.