UEFA Gənclər Liqası: “Qəbələ” bu gün Niderlandın “Alkmar” komandasının qonağı olacaq
UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” bu gün turnirin birinci mərhələsinin cavab oyunu çərçivəsində Niderlandın “Alkmar” komandası ilə qarşılaşacaq.

AZ Təlim-Məşq mərkəzində Bakı vaxtı ilə saat 19:00-da təşkil olunacaq oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dario Bel olacaq. Ona Maryan Tomas və Kruno Sariç kömək edəcəklər. Dördüncü hakim funksiyasını niderlandlı Ervin Blank yerinə yetirəcək.

Komandalar arasında Qəbələdə təşkil olunan ilk görüşdə Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

Xəbər 317 dəfə oxundu.